Uill Smitə “Oskar” mərasimində iştirak etmək qadağan edilib

Xəbər - Trend.

ABŞ Kino Akademiyası amerikalı aktyor Uill Smitə “Oskar”
mükafatının təqdimatı mərasimi də daxil olmaqla, 10 il ərzində öz
tədbirlərinə qadağa qoyub.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Reuters” agentliyi ABŞ Kino Sənətləri
və Elmləri Akademiyasının prezidenti və baş icraçı direktoru Devid
Rubin və Don Hudsonun açıqlamalarına istinadən bildirib.

Bildirilib ki, 94-cü “Oskar” mükafatının təqdimatı mərasimi
2021-ci ildə inanılmaz iş görən çoxsaylı insanların bayramı olmalı
idi: “Lakin bu məqamlar cənab Smitin səhnədə nümayiş etdirdiyini
gördüyümüz yersiz və zərərli davranışla kölgə saldı”.