Uill Smit Kris Rokdan üzr istədi

Uill Smit Kris Rokdan üzr istədi

Amerikalı aktyor Uill Smit komediya ustası Kris Rokdan Oskar mərasimində ona yumruq vurduğuna görə üzr istəyərək davranışının qəbuledilməz olduğunu etiraf edib.

AzerTimes xəbər verir ki, bu barədə aktyor İnstaqram hesabında altı dəqiqəlik video paylaşıb.

Xatırladaq ki, komediya ustası Kris Rokun 94-cü Oskar mükafatlandırma mərasimində Uill Smitin xanımı ilə bağlı yersiz zarafatı aktyoru qəzəbləndirmiş, səhnəyə çıxaraq ona şillə vurmuşdu.

Teqlər: