Uğurlu əməliyyatlar Putini zəiflədəcək – Malomuj

Uğurlu əməliyyatlar Putini zəiflədəcək – Malomuj

Əgər 2-3 ay ərzində Ukraynanın hücum əməliyyatları uğurlu olsa, bu, Vladimir Putini ciddə şəkildə zəiflədəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.

“Belə olan halda, Rusiyada nəinki kütlə, həm də elita arasında narazılıq yaranacaq. Putinin hakimiyyətdən uzaqlaşdırılması və ölkə elitası arasında Ukrayna və Qərb nümayəndələri ilə Rusiya ərazisinin demilitarizasiyası və Kiyevə təzminatların ödənilməsi ilə bağlı danışıqların aparılması ehtimalı yarana bilər”, – Malomuj bildirib.

Teqlər: