Bu gün DÇ-2022-yə Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşib.
AzerTimes xəbər verir ki, pley-off mərhələsinin final oyununda Uels və Ukrayna milli komandaları qarşılaşıb.
Kardiff şəhərindəki “Kardiff Siti” stadionunda keçirilən görüşdə Uels 1:0 hesabı ilə qalib gələrək 64 ildən sonra tarixində 2-ci dəfə mundiala vəsiqə qazanıb. Komanda DÇ-2022-nin B qrupunda İngiltərə, İran və ABŞ-a rəqib olub.
Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.
Xatılradaq ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.