Ötən gün “Qızıl top”un təqdimetmə mərasimi keçirilib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, qala gecədə futbol dünyasının nüfuzlu simaları iştirak edib. Bu ildən ali mükafatı dəstəkləyənlər arasında UEFA-nın da olması marağa səbəbə olub.
Qitənin ali futbol qurumu sosial şəbəkə hesablarında turnirlə bağlı geniş auditoriyanı əhatə edən paylaşımlar edib. Belə postlardan biri Azərbaycanda da gündəm olub.
Söhbət UEFA Çempionlar Liqasının rəsmi səhifəsində edilən paylaşımdan gedir. “Barselona”nın gənc ulduzu Lamin Yamalın sözügedən mərasimə qırmızı xalça üzərindən gəlişini təqdim edən səhifə fonda görkəmli azərbaycanlı bəstəkarı Ramiz Quliyevin müəllifi olduğu “Ləpələr” mahnısından istifadə edib.
ÇL-in bütün sosial şəbəkələrdəki rəsmi səhifələrində edilən bu paylaşım böyük marağa səbəb olub.