UEFA “Sabah”ın matçının gününü dəyişdi

UEFA “Sabah”ın matçının gününü dəyişdi

Azərbaycan klubları UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.

AzerTimes xəbər verir ki, UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb. Baş məşqçi Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Neftçi” isə bir gün sonra – iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.

Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcəklər. Daha əvvəl onların səfər oyunlarını da eyni gündə – iyulun 27-də keçirəcəyi açıqlanmışdı.

Teqlər: