UEFA Qarabağın baş məşqçisini dəyişdi

UEFA  Qarabağın baş məşqçisini dəyişdi

“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA-dakı iştirak ərizəsində dəyişiklik baş verib.

Qitə futbol qurumu iştirak ərizəsində yol verdiyi səhvi aradan qaldırıb.

Belə ki, UEFA-nın rəsmi saytı öncədən komandanın baş məşqçisi kimi Aftandil Hacıyevi göstərmişdi. U-19-un baş məşqçisi Rəşad Sadıqovun oyunlar zamanı əsas komanda ilə Çempionlar Liqasında meydana çıxacağından Gənclər Liqasında “Qarabağ”a Hacıyevin rəhbərlik edəcəyi fikrini formalaşdırmışdı.

Lakin məlum olub ki, UEFA Hacıyevi səhvən baş məşqçi kimi göstərib. Qurum artıq bu yanlışlığa düzəliş edib və komandanın baş məşqçisi kimi Sadıqov göstərilib.