UEFA Avropa Liqasında çıxış edən “Qarabağ”la bağlı reportaj hazırlayıb.
AzerTimes klubun rəsmi saytına istinadən xəbər verir ki, təqribən 8 dəqiqəlik video-çarxda “köhlən atlar”ın ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində çıxışından, həmçinin 2017/2018-ci ildə Çempionlar Liqasının qrupunda oynayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşməsindən söz açılıb.
UEFA-nın həftəlik jurnalında baş məşqçi Qurban Qurbanov, futbolçular – Maksim Medvedev və Riçard Almeydanın müsahibələri də yer alıb.
Qeyd edək ki, G qrupunda çıxış edən “Qarabağ” növbəti oyununu V turda Fransada “Nant”a qarşı keçirəcək. Hazırda 7 xalı olan Ağdam təmsilçisinə pley-offa çıxmaq üçün 1 xal da kifayət edəcək.