UEFA “Qalatasaray”ı cərimələyib.
AzerTimes xəbər verir ki, Türkiyə təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Mançester Yunayted”lə görüşdə azarkeşlərinin meydana yad cisimlər atması və pirotexniki vasitələrdən istifadə etmələrinə görə cərimələnib.
“Qalatasaray” 51 min avro məbləğində cərimə edilib.
Qeyd edək ki, sözügedən qarşılaşmada “Qalatasaray 3-2 hesabı ilə qalib gəlib.