UEFA-nın qərarı Azərbaycan klubuna nə qədər qazandıracaq?

UEFA-nın qərarı Azərbaycan klubuna nə qədər qazandıracaq?

“Dinamo” (Minsk) avrokuboklarda ev oyunlarını Azərbaycanda keçirəcək.

AzerTimes Sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belarus təmsilçisi Konfrans Liqasında qonaqlarını Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək.

1-ci tur

3 oktyabr

20:45 “Dinamo” – “Harts” (Şotlandiya)

4-cü tur

28 noyabr

21:45 “Dinamo” – “Kopenhagen” (Danimarka)

5-ci tur

12 dekabr

21:45 Dinamo – “Larne” (Şimali İrlandiya)

Siyasi məsələlərə görə, UEFA Belarus klublarının avrokubok görüşlərini öz ölkələrində keçirməsinə icazə vermir.

“Dinamo”nun Sumqayıtdakı oyunları da azarkeşlər üçün bağlıdır. Nominal ev sahibləri buradam istifadəyə görə “Sumqayıt”a ödəmə edəcək.

Amma “kimyaçılar” onları çox da xərcə salmayıb. Belarus tərəfi qarşıdakı 3 matça görə 30 min avro civarında pul verəcək.

Teqlər: