UEFA-nın ilk iclası: Rusiya geri qayıdacaqmı?

UEFA-nın ilk iclası: Rusiya geri qayıdacaqmı?

Yanvarın 25-də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Komitənin iclasının gündəliyi gələn həftə açıqlanacaq.

Gündəlikdə Rusiya futbol komandalarının Avropa turnirlərinə qayıtması məsələsi ilə bağlı işçi qrupunun yaradılmasının müzakirə olunacağı da gözlənilir.

Qeyd edək ki, 2022-ci il fevralın 28-də UEFA və Beynəlxalq Futbol Federasiyası (FİFA) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.

Teqlər: