UEFA “Neftçi”nin rəqibini cərimələdi

UEFA “Neftçi”nin rəqibini cərimələdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar” cərimələnib.

AzerTimes xəbər verir ki, “Jelezniçar”ın I mərhələdə Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda yerli azarkeşlərin tribunaların pilləkənlərində oturaraq keçidi bağlamaları klubun cərimələnməsinə səbəb olub.

UEFA Bosniya təmsilçisini 8000 avro məbləğində cərimələyib.

Qeyd edək ki, sabah “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Teqlər: