UEFA Millətlər Liqasının bürünc mükafatçısı bəlli oldu

UEFA Millətlər Liqasının bürünc mükafatçısı bəlli oldu

UEFA Millətlər Liqasının bürünc mükafatçısının adına aydınlıq gəlib.

AzerTimes xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Almaniya və Fransa yığmaları münasibətləri aydınlaşdırıblar.

Almaniyanın Ştutqart şəhərində baş tutan qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün həlledici oyunda Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Matç saat 23:00-da Münhendə start götürəcək.

Teqlər: