UEFA Millətlər Liqasını təxirə sala bilər

UEFA Millətlər Liqasını təxirə sala bilər

UEFA Millətlər Liqası turnirini təxirə sala bilər.

Məsələ bu gün (19 avqust) UEFA-ya üzv ölkələrin yerli federasiyalarının baş katiblərinin video-konfransında müzakirə olunacaq.

Bugünkü konfransda yeganə müzakirə mövzusu Millətlər Liqasının gələcək taleyi olmasa da, əsas məsələ budu. Digər bir müzakirə mövzusu isə U-19 millilərinin oktyabra planlaşdırılan oyunlarının təxirə salınmasıdır.

“Böyük beşlik” ölkələrinin təmsilçiləri və onların dəstəkçiləri Millətlər Liqasının keçirilməməsini müdafiə edir. Səbəb isə böyük klubların daha çox oyun keçirməsi və futbolçuların maksimum yüklənməsidir.