UEFA-dan “Yuventus”a pis xəbər

UEFA-dan “Yuventus”a pis xəbər

İtaliyanın “Yuventus” klubu 2023-2024-cü illər mövsümü üçün UEFA-nın bayrağı altında keçiriləcək bütün turnirlərdən uzaqlaşdırılıb.

AzerTimes xəbər verir ki, Konfrans Liqasında mübarizə aparmalı olan Turin təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün bu cəzaya məruz qalıb.

Eyni zamanda, komanda 20 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, ötən mövsüm İtaliya A seriyasında 7-ci yeri tutan “Yuventus”un hesabından 10 xal silinmişdi.

Teqlər: