UEFA-dan “Qarabağ”ın matçı ilə bağlı açıqlama

UEFA-dan “Qarabağ”ın matçı ilə bağlı açıqlama

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa Liqasının qrup mərhələsinin birinci turunda Azərbaycanın “Qarabağ” və Norveçin “Molde” komandaları arasında keçiriləcək oyun ərəfəsində Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müşahidə edir.

AzerTimes xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən bildirilib.

“UEFA vəziyyəti müşahidə edir və oyuna ev sahibliyi edəcək ölkə ilə sıx təmasdadır. Hal-hazırda bizim bununla bağlı digər şərhimiz yoxdur”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 21-də “Qarabağ” klubunun Avropa kuboku oyunlarını keçirdiyi Bakıdakı Tofiq Bəhramov adına stadionda baş tutacaq.

Teqlər: