UEFA Avropa Liqasının 1/4 final mərhələsində keçirilən “Lion”-“Beşiktaş” ilk oyunu ilə bağlı qərarlarını açıqlayıb. Hər iki komanda 100 min avro cərimə edilməklə yanaşı, şərti olaraq 1 avrokubokdan kənarlaşdırılıb. Belə ki, anoloji hal komandalardan birinin oyununda təkrarlanarsa, qərar qüvvəyə minəcək.
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş qərara çox sərt reaksiya verib: “Məsuliyyət “Lion”un üzərinə düşürdü. Bütün təxribatlara baxmayaraq, azarkeşlərimiz sona qədər bizi dəstəkləməlidir. UEFA tərəzinin bir tərəfinə hücum edib. Şiddət varsa, cəza verilməlidir, ancaq cəza haqsızcasına verilirsə, zərəri daha böyük olur”.
Qeyd edək ki, “Lion” – “Beşiktaş” oyunundan öncə yerli və qonaq komandanın azarkeşləri arasında dava olub. Buna görə matç təxminən 40 dəqiqə gec başlayıb.