UEFA-dan azərbaycanlı hakimə təyinat

FİFA referisi Rauf Cabarov təyinat alıb.

Trend xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli
komandalar arasında Avropa çempionatının seçmə mərhələsi
çərçivəsində martın 25-də keçiriləcək Yunanıstan – Lixtenşteyn
qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir
Yusifov kömək edəcək.

Dördüncü hakim Kamal Umudlu olacaq.

Teqlər: