Aprelin 12-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir
final mərhələsinin cavab görüşlərinə start verilib.
Trend xəbər verir ki, cavab oyunları çərçivəsində Almaniyanın “Bavariya” İspanyanın “Vilyareal” klubunu qəbul edib.
İlk oyunda doğma azarkeşlər önündə Almaniya “Bavariya”sını 1:0
hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşdə 1:1 hesablı
heç-heçəyə nail olub.
Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub.
Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı
bərabərləşdiriblər. Bu nəticə ilə “Vilyarreal” yarımfinala vəsiqə
qazanıb.
Digər oyunda İspaniyanın “Real Madrid” klubu doğma divarlar
arasında turnirin son qalibi olan İngiltərənin “Çelsi” klubuna 2:3
hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını
növbəti mərhələyə yazdırıb.
Beləliklə, 1/2 finalda “kral klubu” “Atletiko” Madrid (İspaniya)
– “Mançester Siti” (İngiltərə) cütünün qalibi ilə, “Vilyareal” isə “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) cütünün qalibi ilə
görüşəcəklər.