UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

Xəbər - Orxan Nəbiyev -Trend:

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, 1/4 və yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib.

Püşkün nəticəsinə görə, “Mancester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya), “Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə), “Bavariya” (Almaniya) – “PSJ” (Fransa) və “Real” (Madrid, İspaniya) – “Liverpul” (İngiltərə) cütlükləri qarşılaşacaq.


Yarımfinalda isə “Bavariya” (Almaniya) – “PSJ” (Fransa) cütünün qalibi “Mancester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) cütünün qalibi ilə, “Real” (Madrid, İspaniya) – “Liverpul” (İngiltərə) cütünün qalibi isə Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə) cütünün qalibi ilə qarşılaşacaq.

Final matçı mayın 29-da İstanbulda Atatürk stadionunda keçiriləcək

Teqlər: