Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk iki oyunu keçirilib.
AzerTimes-ın məlumatına görə, “Sevilya” klubu Avstriyanın “Zaltsburq” klubunu qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə bitib.
İsveçrənin “Yanq Boyz” və İngiltərənin “Mançester Yunayted” komandası arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Meydan sahibləri rəqiblərini 2:1 hesabı ilə məğlub ediblər.