Sentyabrın 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.
AzerTimes-ın məlumatına görə, turun erkən başlayan görüşlərin biri Niderlandda oynanılıb. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” klubu “Ayaks”ın qonağı olub.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər görüşdə İtaliyanın “İnter” klubu səfərdə Ukraynanın “Şaxtyor” komandası ilə heç-heçə edib – 0:0.