UEFA bu jurnalisti Avro-2024-dən qovdu

UEFA bu jurnalisti Avro-2024-dən qovdu

UEFA kosova əsilli alban jurnalist Arlind Sadiku Serbiya millisinin azarkeşlərini təxribata çəkdiyi üçün Avro-2024-dən uzaqlaşdırıb.

AzerTimes xəbər verir ki, İngiltərə ilə 1-ci turun qrup mərhələsinin oyunu (0:1) başlamazdan əvvəl media işçisi canlı yayımda serb azarkeşlərə Albaniya qartalı timsalında jest göstərib.

“Serbiya – İngiltərə oyununda yolverilməz davranışa görə jurnalistin akkreditasiyası ləğv edilib. O, turnirin sonuna kimi eyni qurumdan olan həmkarı ilə əvəz oluna bilər”, – məlumatda bildirilib.

Teqlər: