UEFA bu gün AVRO-2020 oyunlarına ev sahibliyi edəcək şəhərləri təsdiq edəcək

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi bu gün futbol üzrə Avropa Çempionatının keçiriləcəyi şəhərləri təsdiq etməlidir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, Avropa Çempionatının oyunları iyunun 11-dən iyulun 11-dək Avropanın 12 şəhərində keçirilməlidi: Sankt-Peterburq, Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhaqen, London, Münhen və Roma.

Bu gün keçiriləcək iclasın gündəmində 2024-cü ildən sonra UEFA klub yarışlarının formatının müzakirəsi də yer alıb. İclasda həmçinin 2023, 2024 və 2025-ci ildə gənclər arasında Avropa çempionatının keçiriləcəyi ölkələr seçiləcək.

Teqlər: