UEFA Bakı Olimpiya Stadionunu təltif edib

UEFA Bakı Olimpiya Stadionunu təltif edib.

AzerTimes-ın məlumatına görə, Avropa Çempionatı çərçivəsində oyunlar arası müddətin azlığına və isti hava şəraitinə baxmayaraq Bakı Olimpiya Stadionu 9 gün ərzində 3 qarşılaşma zamanı ot örtüyünün ideal vəziyyətdə stabil saxladığına və peşəkar yanaşmaya görə UEFA-nın baş katibinin müavini Giorgio Marçetti tərəfindən xüsusi təltifnamə ilə təltif edilib.

Koronavirus pandemiyası səbəbindən bir il sonraya təxirə salınan AVRO-2020 çərçivəsində Bakı Olimpiya Stadionu A qrupunun üç oyununa uğurla ev sahibliyi etmiş və 1/4 Final mərhələsi çərçivəsində isə sonuncu qarşılaşmasını bugün qəbul edəcək.


Teqlər: