Xəbər - Orxan Nəbiyev – Trend:
UEFA bir neçə gün il əvvəl başa çatmış AVRO-2020 futbol üzrə Avropa çempionatının rəmzi komandasını açıqlayıb.
AzerTimes-ın məlumatına görə, komandanın tərkibini 16 nəfərlik keçmiş futbolçu və məşqçilər heyəti müəyyənləşdirib.
Rəmzi komandada Avropa çempionu adını qazanmış İtaliya millisindən 5 nəfər daxil edilib.
Ən yaxşı qapıçı adını Canluici Donnarumma (İtaliya) qazanıb. Müdafiə xəttində Kayl Uoker (İngiltərə), Leonardo Bonuççi (İtaliya), Harri Maguayr (İngiltərə) və Leonardo Spinatsola (İtaliya) yer alıb.
Turnirin ən yaxşı komandasının yarımmüdafiəçiləri Jorjinyo (İtaliya), Pyer-Emil Höybyerq (Danimarka) və Pedri, hücumçuları isə Federiko Kyeza (İtaliya), Romelu Lukaku (Belçika) və Rahim Sterlinq (İngiltərə) olub.
Bundan başqa, C.Donnarumma AVRO-2020-nin ən yaxşı oyunçusu hesab edilib.