ÜDM-də yaradıcı sənaye sektorunun payının artması gözlənilir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanın ümumi daxili məhsulunda yaradıcı sənaye sektorunun
payı 2 faizə yaxın təşkil edir.

Trend-in
məlumatına görə, bunu mədəniyyə naziri Anar Kərimov “Yaradıcı
sənayedə çağırıçlar və biznes imkanları” adlı tədbir zamanı
deyib.

Onun sözlərinə görə, yaxın perspektivdə Azərbaycanda ÜDM
sektorunun payı 10 faizə çatmalıdır.


“Azərbaycanda yaradıcı sənayenin inkişafına böyük diqqət
ayrılır. Mədəniyyət Nazirliyi bu sektorun dayanıqlığının təmin
olunmasına yönəlmiş bir sıra tədbirlər keçirir. 2019-cu ildən
etibarən nazirliyimiz bu sahəni prioritet istiqamət hesab edir.
Həmçinin, qanunvericiliyin və hüquq sisteminin optimallaşdırılması
sahəsində işlər aparılır”, – deyə nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: