ÜDM 370%, gəlir 4 dəfə artıb – Ərdoğan açıqladı

ÜDM 370%, gəlir 4 dəfə artıb – Ərdoğan açıqladı

Son iki onillikdə Türkiyənin ÜDM artımı dollar ifadəsində 370 faizə, real ifadədə isə 201 faizə çatıb. Adambaşına düşən gəlir 2002-ci ildəki 3608 dollardan 2023-cü ilin sonuna qədər 13110 dollara yüksəlib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaradılmasının 23 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Ərdoğanın sözlərinə görə, son iyirmi ildə Türkiyə iqtisadiyyatı illik orta hesabla 5,4 faiz artıb. Təkcə son 23 ildə Türkiyə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 266 milyard dollar təşkil edib. Mərkəzi Bankın ehtiyatlarının həcmi 27 milyard dollardan 150 milyard dollara yüksəlib.

Ərdoğan Türkiyənin Beynəlxalq Valyuta Fonduna olan borcunun (23,5 milyard dollar – red.) tamamilə bağlanmasına diqqət çəkib və bildirib ki, bu, ölkənin real iqtisadi müstəqilliyini təmin edib.

Dövlət başçısı rəhbərlik etdiyi partiyanı xalqın “ümid mənbəyi” adlandırıb.

Teqlər: