Pasxa bayramı münasibətilə Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsinin xətti ilə Udi icması Hadruta səfər edib.
AzerTimes-ın Qarabağ bürosu xəbər verir ki, Hadruta səfər edən
Udilər Müqəddəs İon məbədinin qarşısında, ermənilərin dağıtdığı
sinə üstü daşlarını yenidən köhnə yerinə qaytarıb, bərpa
etdilər.
Məbədi ziyarət edən UDİlər müqəddəs PASXA bayramı münasibətilə
dini ayin icra edib, dualar oxuyub, şamlar yandırıblar.