Uçuşa hazırlıq və uçuş müddətində helikopterdə heç bir nasazlıq müşahidə edilməyib – İstintaq qrupunun rəhbəri

Xəbər - Samir Əli – Trend:

Noyabrın 30-da qəzaya uğrayan hərbi helikopterdə uçuşa hazırlıq və uçuş müddətində heç bir nasazlıq müşahidə edilməyib və istintaq zamanı da heç bir nüans aşkarlanmayıb

AzerTimes-ın məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri, Sənan Paşayev bu gün “Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə deyib.

O bildirib ki, noyabrın 30-da qəzaya uğrayan Mİ-17 helikopterin istismar müddəti 35 ildir. İstehsalçı şirkətin tələblərinə görə, 8 il müddətində istismar olunandan sonra, 2020-ci ildə helikopter təmirə göndərilib: “2021-ci ildə təmirdən sonra sınaq uçuşları keçirilib və təhvil verilib.

Helikopterin texniki göstərişlərində nasazlıq olmayıb. 2013-cü ildə helikopterin “qara qutusu” yenilənib. Belə ki, o daha çox parametrlər qeydə alınan sistemlə əvəzlənib. Müqavilə əsasında Çexiya Respublikasında müqaviləyə əsasən qara qutu yenilənmiş və təhvil verilmişdir.


Çex və Azərbaycanın Baş Prokurorluğu tərəfində qəzadan sonra “qara qutu” açılmış və göstəricilər istintaqa təhvil verilib. 30 noyabr tarixində qəzaya qədər helikopter 17 dəqiqə 24 saniyə uçuş həyata keçirib. Uçuşa hazırlıq və uçuş müddəti helikopterdə heç bir nasazlıq müşahidə edilməyib və istintaq zamanı da heç bir nüans aşkarlanmayıb.

Helikopterin enmə əməliyyatını yerinə yetirən zaman qəzaya uğraması müəyyən edilib. Qəzaya 25 saniyə qalan müddətə qədər heç bir nasazlıq olmayıb. Küləyin istiqamətini nəzərə almadan, uçuş metodikasını uyğun olmayan addımlara yol verildiyindən qəza baş verib. Pilotlar hadisədən yayınmağa cəhd etsə də hündürlüyündə sürətlə azalması hadisəni qaçınılmaz edib. “Qara qutudakı” məlumatların araşdırılması zamanı çəkilən fotoşəkillər də sizə təqdim ediləcək”, – deyə o bildirib.

Teqlər: