Xəbər - Fərid Zöhrabov – Trend:
Pandemiyanın ölkəmizdə artan xətlə getdiyi bir vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3 cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir.
Üçüncü doza vaksini ilk növbədə 50 yaşdan çox olanlar, xroniki xəstəliyi olanlar, risq qrupuna daxil olan vətəndaşlar vurdumalıdırlar.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
T.Eyvazov bildirib ki, vaksin ömürlük deyil, müəyyən zamandan sonra immunitet zəifləyir:
“Belə halda imuniteti gücləndirmək üçün mütləq vaksin olunmaq lazımdır. Nəzərə almaq lazımdır ki, payız fəslidir. Havalar soyuyur, belə dövrdə yoluxmaların sayı artır. Delta ştamm Uhanda yayılan virusdan yayılma sürətinə və yoluxduruculuğuna görə daha təhlükəlidir. Üçüncü dozanın əsas əhəmiyyəti vaksinasiyadan əldə etdiyin süni immuniteti möhkəmləndirməkdən ibarətdir. Vətəndaşlarımıza peyvənd vurdurmağı birmənalı olaraq tövsiyyə edirəm.Vaksin vurdurmasalar onlar yoluxa bilərlər.”
Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 9 469 618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 119 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 350 541 təşkil edir.