Xəbər - Çingiz Səfərli – Trend:
Tədqiqatlara əsasən, 3-cü doza almış 60+ yaşlı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb.
Bunu AzerTimes-a açıqlamasında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bir sıra ölkələrdə aparılan tədqiqatların nəticələri və 3-cü dozanın əhəmiyyətindən danışıb:
“ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin(CDC) məlumatına əsasən buster dozanın ilkin dozalardan 6 ay keçmiş və 65 + yaş həddi, 18+ yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulması tövsiyə edilir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) bildirilir ki, 50+ yaş həddi üçün, 16+ yüksək risk qrupları, həmçinin yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə 3-cü doza 60+ yaşlı vətəndaşlarla yanaşı, avqust ayından 12+ yaşlı şəxslərə də tətbiq olunur. Tədqiqatlara əsasən, 3-cü doza almış 60+ yaşlı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster dozanın müsbət nəticəsi daha çox 65+ qrupda qeydə alınıb. ÜST buster dozanın immunsupressiv hallarda və həssas qruplara tövsiyə edir. Buster dozanın tətbiqi ilə bağlı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında keçirilmiş tədqiqatlara əsasən, buster dozanın effektivliyi sübut olunub. Kanada da immunsupressiv hallarda və həssas qruplara buster dozanı tövsiyə edir”.
Twitter: @cingizsafarli