Xəbər - Elçin Mehdiyev – Trend:
Ümid edirik ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il və cari ilin 11 yanvar tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsi regionda uzunmüddətli sülhə yol açacaq, Cənubi Qafqazın stabil və təhlükəsiz inkişafına təkan verəcək.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında deyib.
M.Tleuberdi bildirib ki, regionda vəziyyətin stabilləşməsi Cənubi Qafqazın Qazaxıstan və Orta Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, Zəngəzur nəqliyyat dəhlizinin açılmasını nəzərə alaraq, Xəzər liman infrastrukturun artan potensialın açılması üçün yeni şərtlər yaradır:
“Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan struktur və institusional islahatların aparılmasında, sosial-iqtisadi inkişafında, biznes və investisiya üçün əlverişli imkanların yaradılmasında həqiqətən də nəzərəçarpacaq uğurlara yiyələnib. Bu gün Azərbaycan iri energetika və nəqliyyat-logistika layihələrin xabına, beynəlxalq energetika təhlükəsizliyinin əsas oyunçusuna çevrilib. Regionda yeni geosiyasi reallıq, nəqliyyat kommunikasiyaların açılması ölkənizin regional mərkəz qismində rolunun gücləndirilməsinə yol açır.
Biz, Qazaxıstanda sevinirik ki, qardaş Azərbaycan dayanıqlı inkişaf, modernləşmə və tərəqqi yolu ilə inamla və əminliklə gedir”.