Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin təminatıdır – Rusiyalı politoloq

Xəbər - Cani Babayeva – Trend:

Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin təminatıdır.

Bunu AzerTimes-a rusiyalı politoloq Andrey İvanov deyib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli bəyanat tarixi sənəd idi:

“Bu sənəd Qarabağda çoxillik, ağır münaqişəyə son qoydu. Azərbaycan rəhbərliyinin siyasi iradəsi və Rusiyanın xoş məramı sayəsində yaxın illərdə həlli görünməyən problemi həll etmək mümkün oldu”.

Politoloq vurğulayıb ki, Bakı, Moskva və Yerevanın əldə etdiyi prinsiplərə sadiqlik regionda sülh və sabitliyin rəhnidir:

“Bu, həm də xarici qüvvələrin müstəqil ölkələrin – Rusiya, Azərbaycan və Ermənistanın suverenliyinə müdaxilə etməyəcəyinin təminatıdır. Həm ölkələr, həm də xalqlar özünü təhlükəsiz hiss edəcək”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: