Ucqar kəndlərə həkim briqadalarının çatdırılması üçün yeni avtomobillər verilib – Ramin Bayramlı

Xəbər - Çingiz Səfərli -Trend:

Ucqar kəndlərə həkim briqadalarının çatdırılması üçün TƏBİB-ə yeni avtomobillər təqdim edilib.

AzerTimes-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, ən ucqar kəndlərdə səhiyyə xidmətinin əlçatanlığı, ilkin səhiyyə xidmətlərinin, o cümlədən ailə həkimliyi institutunun formalaşması təmin ediləcək.

“Bu istiqamətdə müəyyən yol xəritəmiz var. Ancaq onun mühüm hissəsi keçici tədbirlərdir. Bu gün mobil klinikaların olmasını göstərə bilərik. Tibb məntəqələrinin, ambulatoriyaların, ailə sağlamlıq mərkəzlərinin tam formalaşmasına qədər bu mobil klinikalar bizim ən ucqar kəndlərimizdə belə əlçatanlığı təmin etməyə imkan verəcək. Bu mobil klinikalarda ilkin səhiyyə xidməti vermək üçün hər cür şərait var. Biz bu vəziyyəti həmçinin mövcud durumun statistik analizini aparmaq və gələcəyə doğru strategiyamızı müəyyən etmək kimi qiymətləndiririk. ÜST-lə birgə icra etdiyimiz bu pilot layihə Şamaxıda olduğu kimi, ölkənin bütün rayonlarında tətbiq ediləcək”.

Teqlər: