Ucarda ağır qəza: “Hunday” su arxına düşdü, yaralılar var

Ucarda ağır qəza: “Hunday” su arxına düşdü, yaralılar var

Ucarda ağır yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes” və “Hunday” markalı minik avtomobilləri toqquşub. “Hyundai” markalı avtomobil yoldan çıxaraq su arxına aşıb.

“Mersedes”də olan 4 nəfər, Kəlbəcər rayon sakinləri – 1964-ci il təvəllüdlü Zerif Tanrıverdi oğlu Kazımov, 1959-cı il təvəllüdlü Talıb Nəriman oğlu Ağalarov, 1965-ci il təvəllüdlü Lətafət Pənah qızı Səfərova və 1967-ci il təvəllüdlü Zöhrə Fərman qızı Ağalarova, “Hunday”da olan, adları açıqlanmayan 25-30 yaşlarında 3 qadın isə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: