Xəbər - Samir Əli – Trend:
Ucar rayon mədəniyyət evinin müdiri həbs edilib.
AzerTimes-ın məlumatına görə, rayon mədəniyyət evinin müdiri Rəfail Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşın şikayəti əsasında saxlanılaraq azyaşlıya qarşı əxlaqsızlıqda təqsirləndirilib. R.Hüseynov Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.
R Hüseynova qarşı Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham elan olunub.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.