Üç uşaq anasını küçədə amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Xəbər - Samir Əli – Trend:

Bakıda həyat yoldaşını küçədə xüsusi amansızlıqla qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzerTimes-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Qəniyevin icratına verilib. İş üzrə məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyən ediləck.

Qeyd edək ki, hadisə bu il iyulun 24-də səhər saatlarında Bakının Binə qəsəbəsində yeni yaşayış massivində baş verib.

Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Əri Xatirəni çalışdığı gözəllik salonunun qarşısında qətlə yetirib. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.

Hadisə yerindən qaçan Meyxoş Cəfərov həmin vaxt ərazidə xidmət edən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Cinayəti törədən şəxs prokurorluğa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Xatirə Fərəcova 3 uşaq anası olub.

Teqlər: