Sabah Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə məlumat yayıb.
Görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.
Bu çərçivədə görüşdə üçtərəfli və regional əməkdaşlığın müzakirə ediləcəyi nəzərdə tutulur.