Bu gün Azərbaycanda təklif olunan layihələrin şərtlərinə uyğun üç partiya varsa, onun da biri bizik. Biz o layihədə tələb olunan bütün öhdəlikləri yerinə yetirə biləcək bir partiyayıq.
Bu sözləri AzerTimes-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi barədə danışarkən deyib.
“Burada xeyli maddələr var ki, mütləq düzəlişlər edilməlidir. Qanunun ruhu dəyişməlidir. Qanun partiyaları daha çox nəzarətdə saxlamağa yox, onların güclənib Azərbaycanın siyasi səhnəsində sağlam rəqabət yaratmasına yönəlməlidir. Qanunda imtiyazlar, hüquqlar, partiyanın maddi-texniki bazasının təminatından çox məhdudiyyətlər, öhdəliklər var. Yəni tələblər var, öhdəliklər yoxdur. Bu formada partiya inkişaf etməz”, – T.Abbaslı bildirib.