Üç ölkənin XİN rəhbərləri Azərbaycana səfərə gəlirlər

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana səfər edəcəklər.

AzerTimes-ın məlumatına görə, bu barədə B.Auresku “Twitter”də yazıb.

Nazir Avropa İttifaqının təhlükəsizlik sahəsində tərəfdaşlıq və dayanıqlılığı artırmaq üçün “şərq tərəfdaşları”na dəstək verməsinin vacibliyini vurğulayıb:

“Xarici işlər nazirləri Şallenberq və Landsbergis ilə birlikdə 24-26 iyunda Cənubi Qafqaz ölkələrinə (Azərbaycan, Gürcüstan, Ermənistan) səfər edəcəyik”.

Teqlər: