Danimarka, Almaniya və İsveç səfirlərini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat verilib.
Məlumata görə, diplomatlara “Şimal axını”da baş verən partlayışların araşdırılması ətrafında yaranmış vəziyyətlə bağlı etiraz edilib.
Moskva Almaniya, Danimarka və İsveçdən boru kəmərlərində təxribatın obyektiv araşdırılmasını tələb edib.