Üç ölkədən Qəzza ilə bağlı çağırış: Dərhal…

Üç ölkədən Qəzza ilə bağlı çağırış: Dərhal…

Avstraliya, Yeni Zelandiya və Kanada liderləri Qəzzada dərhal atəşkəsin imzalanmasına çağırış ediblər.

AzerTimes xəbər verir ki, bu barədə “İsrael Today” nəşri məlumat yayıb.

Hər üç ölkə ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanan və İsrailin təsdiqlədiyi girovların azad edilməsi və atəşkəslə bağlı razılaşmaya sadiq olduqlarını bildiriblər.

Onlar bütün tərəfləri təmkin nümayiş etdirməyə və gərginliyi azaltmağa çağırırlar:

“Mülkilər qorunmalıdır və humanitar vəziyyətin yoluna qoyulması üçün Qəzzada yardım axınının davamlı şəkildə artırılması gərəkdir”.

Teqlər: