Üç ölkə Şimali Koreyaya qarşı birləşdi

Üç ölkə Şimali Koreyaya qarşı birləşdi

Koreya yarımadasında sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndə Kim Qunn, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sun Kim və Yaponiya XİN-in rəsmisi Funakoşi Takehiro arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Şimali Koreyanın 3 qısa mənzilli ballistik raket buraxmasını pisləyiblər.

Bundan başqa, Pxenyanın BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini pozan addımlarına beynəlxalq ictimaiyyətin sərt reaksiya verəcəyi xəbərdarlığı da edilib.

Xüsusi nümayəndələr Şimali Koreyaya qarşı üçtərəfli təhlükəsizlik əməkdaşlığını gücləndirmək, həmçinin Pxenyanın hərbi əməliyyatları ilə bağlı Çinlə əlaqəni artırmaq barədə razılığa da gəliblər.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreyanın atdığı ballistik raketlər Koreya yarımadasının şərq sahillərinə düşmüşdü.

Teqlər: