ABŞ, Finlandiya və Kanada buzqıran gəmiqayırma sahəsində təcrübə mübadiləsi aparmaq üçün birləşməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb.
Qeyd olunur ki, üç ölkə Rusiya və Çinin Arktikada getdikcə daha çox aqressiv addımlar atması nəticəsində gəmilərə qlobal tələbatın artacağını gözləyirlər. Bu səbəbdən sözügedən üç ölkə buzqıran gəmilər inşa edəcəklər.
ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Dalip Sinqin qeyd edib ki, bu razılaşma olmadan düşmənlər böyük geostrateji əhəmiyyətə malik ixtisaslaşmış texnologiyada üstünlük əldə edəcəklər.