Bərdədə əməliyyat zamanı 24 yaşlı qadın ölüb.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, 3 gün öncə Bərdə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb.
Evdə səhəti pisləşən 1999-cu il təvəllüdlü Əlizadə Nəsibə Canpolad qızı yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən N.Əlizədə əməliyyat zamanı vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.