Üç bankın əmlakları satışa çıxarılır

Üç bankın əmlakları satışa çıxarılır

İyulun 12-də Bakı Hərrac Mərkəzi MMC-də ləğv prosesində olan Dəmir Bank, iyulun 22-də NBC Bank, iyulun 25-də isə Zamin Bank ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Məlumata görə, söhbət Dəmir Bank məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13 ünvanındakı dəyəri 62 min manat olan 58,45 kv.metrlik mənzildən, NBC Bank-a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanındakı dəyəri 2,3 milyon manat olan 281,2 kv.metrlik mənzildən və Zamin Bank-a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 491 min manat olan 216,3 kv.metrlik qeyri-yaşayış sahəsindən, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi, ev 251 ünvanındakı dəyəri 460 min manat olan 30,8 kv.metrlik və 33,2 kv.metrlik mənzillərdən, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 326 min manat olan 143,40 kv.metrlik qeyri-yaşayış sahəsindən və Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,30 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Teqlər: