Üç ayda 273 cinayət işinin istintaqı tamamlanıb

2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları
tərəfindən başlanmış 273 cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə AzerTimes-a Baş
Prokurorluqdan məlumat verilib.

“Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş
Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks
etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial
şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 273-dür.

Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq
orqanları tərəfindən başlanmış 273 cinayət işinin istintaqı
tamamlanıb. Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər
yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin
izlənilməsi tövsiyə olunur”, – məlumatda deyilir.

Teqlər: