Venesuela hökuməti tərəfindən beynəlxalq “COVAX” mexanizmi çərçivəsində koronavirus əleyhinə peyvənd tədarükü üçün köçürülən 4.6 milyon dollardan çox ödəmələr UBS bankı tərəfindən bloklanıb.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Bolivar Respublikasının xarici işlər naziri Xorxe Arreas bildirib.
“Venesuela peyvəndlərin alınması üçün “COVAX” mexanizmi qarşısında bütün öhdəliklərini yerinə yetirib. Bununla yanaşı bank son ödənişləri özbaşına olaraq bloklayıb və üzərində yoxlama aparır”, – maliyyə qurumunun addımını cinayət adlandıran diplomat “Twitter” səhifəsində yazıb.
Sözlərinə təsdiq kimi nazir paylaşımına “COVAX”dan aldığı cari ilin aprel və may aylarında dörd ödənişin bloklanması barədə məktubun surətini əlavə edib.