19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
AzerTimes xəbər verir ki, millimiz 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə qarşılaşıb.
1:2 hesabı ilə uduzan komandamız mübarizəni dayandırıb. Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı məğlub edib – 3:0. Bu yığmalar isə elit-raunda vəsiqə qazanıblar.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən U-19 millisi Niderlanda 1:2 hesabı ilə məğlub olub.